İnsanlara hürriyət, millətlərə istiqlal!

“Restoranında işlədiyim həci var, vəziyyətim pis olanda...”

"Etdiyim xeyir əməlləri heç vaxt heç yerdə demirəm. Çünki desəm o artıq xeyriyyəliyindən çıxır. Onu reklam üçün etmiş oluram. Mən istəmirəm ki, bunu reklam kimi başa düşsünlər. Öz yaxınlarımla bunu edirik. Bu günlərdə xeyriyyə kampaniyası keçirdim, ancaq kasıb dostlarım qoşuldu. Pullu, var-dövlətli dostlarımın heç biri iştirak etmədi"

Musavat.com bildirir ki, bunu moderator.az-a açıqlamasıdan tanınmış müğənni Samirə Yusifqızı deyib. O daha sonra əlavə edib.

"O insanlara demək istəyirəm ki, gedin kəfəni puldan sifariş verin, bəlkə o biri dünyada inkir-minkir gördü, çaşıb sizi cəhənnəm əvəzinə cənnətin ayaq altısına buraxdı! Çox bədbəxt adamlarsız! Allah insana iki əl verib ki, biri qazansın, biri xərcləsin. Ovucunu nə qədər çox sıxsan ordan su daha çox töküləcək. Zatən o yığdığınız pullar sizə qismət olmayacaq. Ya həkimə, iynə-dərmana verəcəklər, ya da yadlar gəlib yeyəcək. Heç kim heç nə aparmır. Etdiyiniz yaxşılıqlar da, xeyriyyə əməlləri də hamısı bu dünya üçündür. Əgər onu da etməyi bacarmırlarsa yazıq onlara. Restoranında işlədiyim rəhbər şəxs var. 100 dəfə Həcc ziyarətinə gedib. Vəziyyətim pis olanda, oğlum əməliyyat olunanda dəfələrlə ona ağız açmışam, 1 manat da mənə yardım etməyib. Kömək edənlərin hamısı kasıblardır" deyə müğənni bidirib.

"Yəqin ki, bu sözlərimdən sonra da rəy yazacaqlar. Bu başdan deyirəm ki, həmin şərhləri yazan insanlar gedib güzgüdə özlərinə, arxalarındakı vedrəyə baxıb, sonra ona-buna vedrə qoşsunlar. Kim ki, qızımın pisliyinə danışır, onun problemi həmin insanlara da qismət olsun. Bu qarğış yox, duadır. Mənim qızım oynayır da. Toyda nə etməlidir? Oynayır əcəb edir, yaxşı edir. Toyda oynadığı şəxslərin həyat yoldaşları da yanlarında olur. Gedib otelləri gəzmir ki. Onun sənəti bunu tələb edir. Mənim qızım üçün kimsə nəsə desə dünyanı dağıdaram. O adamı dişimlə didərəm. Çünki mənim qızım o tərbiyənin, qeyrətsizliyin, namussuzluğun yiyəsi deyil. Geyinir əcəb edir, oynayır yaxşı edir. Lütdənənlərdən danışın! Adlarını xalq artisti qoyub, min hoqqadan çıxanlardan danışın! Fərəh yaxşı edir. Bizim daşımız tez düşür hamının başına. O daşın altında qalasız. Fərəh meydangirdir, səmimidir, sadədir. Artıq-əskik yazanlar qızım kimi iynə-dərmanla dolansınlar. Balasını böyüdür, saxlayır. Sabah bir şey olsa gəlib bir parça çörək verəcəksiz?" deyə müğənni bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR