Onlayn ictimai-siyasi qəzet
Nərimanov rayonu, Təbriz küçəsində yerləşən “Zeyd” restoranının piyadalar üçün nəzərə tutulan səkinin böyük hissəsini zəbt etməsi ilə bağlı Musavat.com məlumat vermişdi.
Bildirilmişdi ki, restoranın bu hərəkəti həm piyadaların hərəkətində çətinlik yaradır, həm də ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur.
Yay aylarında müştəri sayı çox olduğundan hərəkət daha da çətinləşir. Bir sözlə, yola davam edən piyadalar restoranın içərisindən keçməli olur.
Bakı şəhər icra hakimiyyətindən saytımıza bildirilib ki, sakinlərin şikayətləri əsasında sözügedən ünvanda Baki şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamenti və Nərimanov rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən səki zəbtinin qarşısı alınıb.
Şahanə Rəhimli
Musavat.com
01 Mart 2025
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ