İnsanlara hürriyət, millətlərə istiqlal!

Rəsmi Vaşinqtonun Cənubi Qafqazda sülh səylərinə marağı böyüyür - Mirzoyandan AÇIQLAMA

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə KİV-nə verdiyi müsahibədə vacib açıqlamalarla çıxış edib.

Musavat.com xəbər verir ki, Mirzoyan ABŞ prezidentinin administrasiyası Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesində maraqlı tərəf olduğunu vurğulayıb.

"ABŞ prezidentinin administrasiyası Bakı və İrəvan arasında münasibətlərin normallaşması prosesində maraqlı tərəfdir və bu istiqamətdə müəyyən dəstək nümayiş etdirir",-deyə Ararat Mirzoyan bildirib.

Mirzoyan qeyd edib ki, Ermənistanın ABŞ administrasiyası ilə qarşılıqlı əlaqələri mövcuddur və tərəflər regionda sülh və sabitliyin təmin olunması üçün dialoqu davam etdirirlər. Nazir həmçinin vurğulayıb ki, Ermənistan regional təhlükəsizlik və əməkdaşlıq məsələlərində beynəlxalq tərəfdaşları ilə sıx əməkdaşlıq etməyə hazırdır.

Ermənistan XİN rəhbəri ABŞ-ın bu mövqeyinin regionda sülh prosesinə töhfə verəcəyinə ümid etdiyini də əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR