Onlayn ictimai-siyasi qəzet
İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sabiq sədri Əkrəm İmamoğlunun magistr diplomu ləğv edilib.
Musavat.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumatda bildirilib ki, İstanbul Universiteti Sosial Elmlər İnstitutunun İdarə Heyəti iyulun 24-də keçirdiyi iclasda Universitet Şurasının 18 mart 2025-ci il tarixli 61 saylı iclasında qəbul etdiyi qərar əsasında İmamoğlunun magistr dərəcəsi və diplomunun etibarsız sayılmasına qərar verib.
Həmçinin İmamoğlunun İstanbul Universitetinə köçürülərkən qanunsuzluqların yol verildiyi qeyd edilib.
Qeyd edək ki, bir müddət əvvəl Ə.İmamoğlunun universitet diplomu (bakalavr pilləsi) da ləğv olunub.
Musavat.com
29 Iyul 2025
28 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ