Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın birinci xanımı Melaniya Tramp nadir hallarda həyat yoldaşı Donald Trampı rəsmi tədbirlərdə müşayiət edir.
Musavat.com xəbər verir ki, bu barədə ispan nəşri "El Periodico" məlumat yayıb.
Məlumata görə, Melaniya Tramp 4 iyul – Müstəqillik Günü tədbirindən sonra demək olar ki, ictimaiyyət qarşısına çıxmayıb. O, əsasən Floridadakı Mar-a-Laqo iqamətgahında və ya Nyu-Yorkdakı mənzillərində qalır.
Nəşr qeyd edir ki, Melaniya Tramp son bir ildə cəmi 14 rəsmi tədbirdə iştirak edib.
Bəzi ekspertlər bunu birinci xanım kimi üzərinə düşən ictimai öhdəlikləri yerinə yetirməmək kimi qiymətləndirirlər.
Musavat.com
30 Iyul 2025
29 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ