İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp komandasının Epşteyn işi ilə bağlı səhvlərindən qəzəblidir

ABŞ prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteyn işi ətrafında yenidən güclənən ictimai və media təzyiqləri fonunda öz administrasiyasının reaksiyasından dərin narazılıq ifadə edib.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, Bu barədə The Washington Post qəzeti məlumat yayıb.

Qəzetin məxfi  mənbələrə istinadən yazdığına görə, Tramp son həftələrdə yüksəkvəzifəli məmurların bu məsələ ilə bağlı yanlış qərarlar verməsi və vahid strategiyanın olmaması səbəbilə qəzəblidir. Prezidentin çevrəsindəki şəxslər qeyd edirlər ki, administrasiya elektoratın qəzəbini və ictimai narahatlığı düzgün qiymətləndirməyib, bu isə prezidentin gündəminin yayındırılması ilə nəticələnib.

Mənbələrdən biri bildirib: “Ədliyyə Nazirliyi və FTB ciddi gərginlik yaşayır. Bu məsələ Trampın siyasi gündəmini kölgədə qoyur”.

Buna baxmayaraq, Tramp hələlik heç bir vəzifəli şəxsi istefaya göndərmək niyyətində deyil. Prezidentə yaxın başqa bir mənbə bildirib ki, o, əlavə ajiotaj yaratmaq istəmir və buna görə kadr dəyişikliyi ilə vəziyyəti daha da qəlizləşdirməkdən çəkinir.

Qəzetin yazdığına görə, bu qalmaqalda əsas fiqurlardan biri ABŞ baş prokuroru Pəm Bondidir. O, hələ yaz aylarında Trampı onun adının Epşteyn sənədlərində keçdiyi barədə məlumatlandırıb. Bondi Epşteyn işi ilə bağlı FTB materiallarının ictimailəşdirilməsini öz təşəbbüslərindən biri kimi təqdim edib. Lakin bu vədlər nəticə etibarilə Trampın tərəfdarları arasında daha çox açıqlama tələblərinin və Epşteynin əlaqədə olduğu varlı və nüfuzlu şəxslərlə bağlı iddiaların artmasına səbəb olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Avqust 2025

02 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR