Onlayn ictimai-siyasi qəzet
Ermənistan növbəti dəfə Azərbaycana iftira atıb.
Musavat.com-un xəbərinə görə, iddia olunur ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri guya Keşişkənd rayonu (Vayots Dzor adlandırılır) istiqamətində yerləşən erməni mövqelərini atəşə tutub.
İddiaya görə, nəticədə Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Arakelyan Gerasim Avetikoviç güllə yarası alaraq ölüb.
Qeyd edək ki, bu gün səhər saatlarında Ermənistan ordusunun digər bir əsgərinin də yaralandığı xəbəri yayılmışdı. Ermənistan hakimiyyəti ordusunda baş verən qanlı hadisələri ört-basdır etməkdən ötrü Azərbaycanı günahlandırır. Üstəlik, bu kimi absurd iddialar Ermənistanın silahlandırılmasını sürətləndirmək üçün “əsas” yaratmağa hesablanıb.
Musavat.com
03 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ