İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rəsmi Bakı Rusiya ilə bağlı bu 2 məsələyə dair plan hazırlasa...” - İLGİNC DETALLAR

“Azərbaycanla Rusiya arasında Kremldən qaynaqlanan gərginliyin nə qədər davam etməsindən asılı olmayaraq, rəsmi Bakı iki önəmli məsələdə plan-proqram hazırlayıb, münasibətlərin gələcəyindən asılı olmadan həyata keçirməlidir. Biz nə qədər miqrant və aqrar sektor məhsullarının Rusiyaya ixracı ilə bağlı məsələləri təhlükə kimi görəcəyiksə, Kreml məhz o məsələləri qabardacaq. Deməli, məntiqlə bu iki məsələni birdəfəlik həll etməliyik ki, nə bu gün, nə də sabah bu iki sahədə təzyiqlə üzləşək”.

Musavat.com xəbər verir ki, bu fikirləri iqtisadçı Natiq Cəfərli qeyd edib.

NATİQ CEFERLİ.jpg (27 KB)

“Əvvəlcə iqtisadi rəqəmlərə baxaq: 2024-cü ildə Azərbaycan Rusiyaya 1 mlrd. 178 mln. dollarlıq mal-məhsul ixrac edib ki, bu da bizim ümumi ixracımızın cəmi 4,4%-ni təşkil edir. Rusiya isə keçən il Azərbaycana 3 mlrd. 621 mln. dollarlıq mal satıb. Yəni Rusiya bizdən 2 mld. 443 mln. dollar qazanıb – sabah onlar bizim malı almasalar, onsuz da məhdud ölkələrə mal sata bilirlər, deməli, onlar daha çox itirəcəklər. Hə, bu o demək deyil ki, biz də 1,2 mlrd. dollara yaxın mal satdığımız bazardan asılı qalıb sallanmalıyıq – iş adamlarına yaradılan maneələr azaldılmalıdır, bizim millət o pomidoru ərəblərə də satacaq”, - deyə iqtisadçı əlavə edib.

Natiq Cəfərli diqqəti miqrant məsələsinə də ayırıb:

“Qarabağa və Şərqi Zəngəzura 1 milyon insan köçürməliyik, gedən azdır, Bakıya öyrəşənlər, əsasən də gənc nəsil getmək istəmir – deməli, Rusiyadan qayıdıb orada yaşamaq istəyənlərə elə gözəl şərait yaradılmalıdır ki, gəlsinlər, qalsınlar, yaşasınlar və yaşatsınlar”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR