Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi xarici texniki və fiziki təsir nəticəsində qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bildirib.
“Xəbər agentlikləri, sosial şəbəkələrdə yayılan videolar bizə tam şəkildə deməyə əsas verir ki, bizim təyyarəmiz xarici texniki və fiziki təsir nəticəsində qəzaya uğrayıb. Yaradılmış dövlət komissiyasının tapşırığı ondan ibarətdir ki, bunun obyektiv, ətraflı şəkildə öyrənilməsi və ictimaiyyətin davamlı olaraq məlumatlandırılmasıdır. Azərbaycan dövlət üçün təhlükəsizlik mühüm əhəmiyyət kəsb edir”.
01 Yanvar 2025
31 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ