İnsanlara hürriyət, millətlərə istiqlal!

Reper Diddi qızların şampanına narkotik maddə qarışdırırmış - sənədli film çəkilir

Reper 50 Cent onun prodüser şirkəti P.Diddi (əsl adı Şon Kombs) və ona qarşı irəli sürülən cinsi təcavüz iddiaları haqqında sənədli film nümayiş etdirəcəyini açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 50 Cent sosial media hesabında filmdən əldə edilən gəlirlə cinsi zorakılıq qurbanlarına dəstək veriləcəyini söylədi. Sənətçi filmdən bir parça da paylaşıb.

Videoda “Bad Boy Records”un keçmiş sənətçisi Mark Karri, Kombs və onun ətrafının təşviq etdiyi iddia olunan mübahisəli kef məclisləri təsvir edilir. Xüsusən də reper bildirib ki, hər məclisdə Diddi dəvət olunan qızların içdiyi şampan şüşələrinə nəsə qarışdırıb. Karri aydınlıq gətirib ki, qadınlar narkotik qəbul etdiklərini bilmirdilər.

“G-Unit Film & Television”ın nümayəndəsi sənədli filmin istehsalda olduğunu təsdiqləyib: “Biz Diddi haqqında hələ adı olmayan sənədli film üzərində işləyirik. İcraçı direktor vəzifəsini Kerrtis 50 Cent Cekson icra edir”.

Xatırladaq ki, amerikalı reper Şon Kombs (P.Diddi) Nyu-York məhkəməsi tərəfindən zorakılıq və insan alveri ittihamı ilə həbs edilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR