İnsanlara hürriyət, millətlərə istiqlal!

Rekord sayda izlənilən "Barbie" filmi bu ölkədə qadağan edildi

Küveyt hökuməti ictimai əxlaqı və sosial adətləri qorumaq məqsədilə "Barbie” və "Talk to Me” filmlərini qadağan edib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi KUNA xəbər verib.

İnformasiya Nazirliyi Mətbuat və Nəşr Müşavirinin müavini və Kino Filmlərinə Nəzarət Komitəsinin rəhbəri Lafi əs-Sabii "Barbie" və "Talk to Me" filmlərinin nümayiş olunmayacağını bildirib.

Xatırladaq ki, Küveydən əvvəl Livanda da "Barbie" filminin əxlaqi və dini dəyərləri pozduğu və homoseksuallığı ön plana çıxardığı səbəbilə yayımlanmayacağını açıqlanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR