İnsanlara hürriyət, millətlərə istiqlal!

Rejissor Orxan Mərdan: "Kino Mərkəzi mənə də borcludur"

Xəbər verdiyimiz kimi rejissor Emil Quliyev Nizami Kino Mərkəzindən pulunu ala bilmədiyini, bu pulun qurumun işıq puluna ödənildiyini iddia edib. Ardınca bir sıra rejissor və prodüser onun dediklərində həqiqət olduğunu bildiriblər.

Musavat.com bildirir ki, bu barədə prodüser-rejissor Orxan Mərdan qeyd edib:

 “Borclu borclunun sağlığını istəyər. Mənə də borcludurlar. Mən bağışladım, sən də bağışla. Məsələ odur ki, borcu istəməyə direktor yoxdur. Gün o gün olsun direktor təyin olunsun, onların borcu qədər direktora qonaqlıq verim”.

Qeyd edək ki, Kino Mərkəzinin mətbuat xidmətindən E. Quliyevin açıqlaması ilə bağlı qafqazinfo-ya bildirilib ki, ödənişin gecikdiyi doğrudur:

"Bu o demək deyil ki, ödəniş olunmayacaq. Hər şey müqavilə əsasındadır. Sözsüz ki, ödəniş olunacaq. Bu, Emil Quliyevin Nizami Kino Mərkəzində yayımlanan ilk filmi deyil. Daha əvvəlki bütün filmlər üçün ödəniliş edilib. İşıqpulu məsələsinə gəldikdə isə, kommunal borclar hər yerdə olur. Bu o demək deyil ki, filmdən gələn pulu işıqpuluna xərcləmişik”. 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR