Onlayn ictimai-siyasi qəzet
Ötən gün xəstəxanaya yerləşdirilən Xalq artisti Fatma Mahmudovanın son vəziyyəti açıqlanıb.
Aktrisanın səhhəti stabil olaraq qalır.
Bu barədə Fatma Mahmudovanın qızı bildirib.
"Hazırda reanimasiyadadır. Səhhəti stabildir. Ümid edirik həkimlər, tez zamanda bizə yaxşı xəbərini verərələr" -deyə o, qeyd edib.
Xatırladaq ki, ötən gün beyin insultu keçirən Xalq artisti təcili olaraq xəstəxanaya gətirilib və reanimasiyaya yerləşdirilib.
O daha əvvəl də eyni diaqnozla xəstəxanaya yerləşdirilib.(BAKU.WS)
30 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ