İnsanlara hürriyət, millətlərə istiqlal!

Razılıq əldə olundu, sərhədlərin müəyyən edilməsi üçün komissiyaların işi bərpa edilir

Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər.


Musavat.com armenpress-ə istinadən xəbər verir ki,  bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib. O bildirib ki, hər iki ölkə delimitasiya komissiyalarının tərkibini yeniləyib, lakin görüşlər hələ baş tutmayıb.

Ermənistan ərazinin bir hissəni Gürcüstana güzəştə getməyə hazırdırmı? sualına Kostanyan belə cavab verib: "Demarkasiya prosesi baş verəcək, məntiqi 1991-ci il Alma-Ata bəyannaməsinə əsaslanaraq bütün qonşularla sərhəd xəttini bərpa etməkdir".

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR