İnsanlara hürriyət, millətlərə istiqlal!

Razi Nurullayev: “Ay ərzində yüzlərlə insan könüllü orqan bağışlamaq barədə ərizə yazar”

Deputat Razi Nurullayev Milli Məclisdəki söz alaraq orqan köçürülməsi ilə bağlı danışdı. O dedi ki, 2020-ci ilin 20 oktyabrında Milli Məclis tərəfindən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib: “Bu qanun ona görə vacibdir ki, orqanlara ehtiyacı olan insanlara həyat bəxş edək. Bu sahədə qanunsuzluqlara və cinayətlərə son qoymağa çalışaq. Müraciətlərdən bilirəm ki, yüzlərlə insanın orqan transplantasiyasına ehiyacı var. Hətta orqan köçürülməsini onilliklərlə gözləyən vətəndaş var ki, Allah hələ də yaşamasına imkan verir”.

R.Nurullayevin fikrincə, qanun qəbul olunandan bəri bizdə xeyli orqan bazası toplanmalı və ehtiyacı olanlara verilməli idi: “Amma, görünən budur ki, deyəsən, məsələnin həll olunmasında ciddi çətinlik var. Bu çətinliyin mahiyyəti barədə məlumat verilməsini istərdim. Avtoqəzaya düşənlər var, könüllü orqan vermək istəyənlər, vəsiyyət edənlər və sairə da var. Ola bilsin ki, maarifləndirmə sarıdan çətinlik var. Elə bilirəm ki, əgər sosial şəbəklər və televiziyalar üzərindən təbliğat və maarifləndirmə aparılsa, ay ərzində yüzlərlə insan könüllü orqan bağışlamaq barədə ərizə yazar. Bu məsələni çox vacib hesab edirəm və aydın şəkildə bir izahat olsa, növbəti addımlar haqqında düşünə bilər və təkliflərlə çıxış edərdik. Bir insana orqan bağışlamaq elə öz həyatını bu dünyada sürdürməyə bərabərdir”.

 E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR