İnsanlara hürriyət, millətlərə istiqlal!

Rayonlara istirahətə gedənlərə XƏBƏRDARLIQ - VİDEO

Hava şəraiti dəyişəcək, dolu düşəcək, leysan yağacaq. Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra avqustun 3-dən etibarən hava yenidən pisləşəcək.

Musavat.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, arabir leysan xarakterli yağış yağacaq, əsasəsn dağlıq və dağətəyi rayonlarda yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gözlənilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi də əhaliyə müraciəti edib. Nazirlikdən bildirilib ki, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət edilməlidir.

Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR