İnsanlara hürriyət, millətlərə istiqlal!

Rasim Balayev aldığı 28 500 manatı nəyə xərcləyəcək?

Xalq artisti Rasim Balayev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər arasında keçirdiyi qrant müsabiqəsində ona ayrılan 28 500 manat vəsaitin hansı məqsədlər üçün istifadə olunacağına aydınlıq gətirib.

Xalq artisti Qaynarinfo-ya açıqlamasında bildirib ki, sözügedən vəsaitlə "Qərbi Azərbaycan: Maddi və mənəvi irsimiz" adlı sənədli film çəkiləcək:

"Yəqin ki, yaxın günlərdə filmlə bağlı hazırlıqlara başlanılacaq. Film "Azərbaycan Kinematoqrafçılar İttifaqı" İctimai Birliyinin təqdim etdiyi layihə əsasında ekranlaşacaq".

Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər arasında keçirdiyi qrant müsabiqəsinin nəticələrinə əsasən "Azərbaycan Kinematoqrafçılar İttifaqı” ictimai birliyinin təqdim etdiyi "Qərbi Azərbaycan: Maddi və mənəvi irsimiz" adlı layihə qalib olub. QHT Agentliyi Xalq artisti Rasim Balayevin rəhbəri olduğu layihənin icrasına 28 500 manat vəsait ayırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR