İnsanlara hürriyət, millətlərə istiqlal!

Ramzan Kadırov Almaniya kanslerini şizofrenik adlandırdı

Rusiya Federasiyasının tərkibindəki Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Almaniya kansleri Olaf Şoltsu “şizofrenik” adlandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bunu “Znanie” cəmiyyətinin təşkil etdiyi marafon öncəsi çıxışında bəyan edib.

“Bu adam üçün dünyadakı qaydalar maraqlı deyil”,-deyə o, bildirib.

Qeyd etmək lazımdır ki, bundan öncə Almaniya kansleri Olaf Şolts Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb və müharibə ilə bağlı vəziyyəti müzakirə edib. Tərəflər müharibənin sülh yolu ilə nizamlanması üçün Rusiyanın hərbi əməliyyatları dayandırmasının gərəkli olduğu barədə ümumi rəyi ifadə ediblər.

Olaf Şoltsun fikrincə, hər kəs Ukraynada müharibənin şiddətlənməsindən narahat olmalıdır. “Bu savaş Almaniyanı iflic vəziyyətə salmamalıdır”,-deyə o, qeyd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR