Onlayn ictimai-siyasi qəzet
Bu il Ramazan ayında müxtəlif ölkələrdə oruc müddətləri arasındakı fərq 3 saatı keçməyəcək.
Oxu.Az xəbər verir ki, oruc tutma müddətləri ölkələrin coğrafi mövqeyindən asılı olaraq dəyişəcək.
Ən uzun oruc 15 saat 52 dəqiqə olmaqla Ramazanın son günü olan 29 martda İslandiyanın Reykyavik və Qrenlandiyanın Nuk şəhərlərində tutulacaq.
Ən qısa oruc isə 13 saat 38 dəqiqə müddətində həmin gün Çilinin Punta Arenas bölgəsində olacaq.
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ