Onlayn ictimai-siyasi qəzet
“DEZİNFORMASİYAYA QARŞI MÜBARİZƏ: İFŞA DETEKTORU” LAYİHƏSİ
Beynəlxalq hüquq, məhkəmə və ədliyyə sisteminin aparıcı institutlarında erməni diasporunun siyasi korrupsiya fəaliyyəti
Erməni diasporunun yaratdığı lobbiçi təşkilat - Rafael Lemkin və Azərbaycana qarşı “soyqırım” kampaniyasına dair
Qlobal erməni diasporu bütün: siyasi, hüquqi, qanunverici/parlamentlər, transmilli media, jurnalistika və s. - istiqamətlərdə mütəşəkkil siyasi korrupsiya şəbəkəsi yaradıb, Azərbaycana qarşı səfərbər edib. Bunların sırasında qondarma erməni “soyqırımı” ətrafında formalaşan “planetar” şəbəkə- ən qədim və geniş olanıdır. 100 ildən artıqdır ki, qlobal ermənilik məhz bu mövzu ətrafında yalnız qlobal “təbliğat/tədqiqat” sistemini deyil, həm də diasporaya muzdla xidmət edən sözün əsil mənasında “biznes infrastrukturu” qura bilib. Yaradılan saxta soyqırım mifləri, dezinformasiyalar emal edən, lobbiçiliklə məşğul olan təşkilatlar guya “müstəqil və xarici” görüntüsünü uydurmaq üçün çox ciddi maskalanır, “matryoşka modeli” ilə qurulur.
Xüsusilə vurğunmalıdır ki, ermənilər soyqırım fenomeninin bir tərəfdən- elmi tədqiqi və təbliği sahəsini, digər tərəfdən isə, Beynəlxalq Ədalət və Beynəlxalq Cinayət Məhkəmələrində üstünlük əldə etmək üçün bu sahədə çalışanları siyasi korrupsiya yolu ilə tamamilə ələ keçirmək yönündə bir əsrdən çox iş aparıb, məqsədlərinə demək olar ki, nail olublar.
Sosial Tədqiqatlar Mərkəzi (STM) Zəfərimizdən sonra beynəlxalq hüquq, məhkəmə və ədliyyə sisteminin aparıcı institutlarında Azərbaycana qarşı hücumların görünməmiş dərəcədə artmasının başlıca faktorunu-erməni diasporunun sözü gedən siyasi korrupsiya şəbəkəsini ifşa edən hesabatlar hazırlayır.
Qarabağda Zəfərimizdən sonra yenə də ermənilər “yağışdan sonra göbələk” sürəti və “Matryoşka quruluşlu” çoxsaylı beynəlxalq hüquq təsisatları yaratmaqda davam edib.
2021-ci ildən “Lemkin Soyqırımın Önlənməsi İnstitutu”(bundan sonra mətndə-Lemkin İnstitutu) adlı qurum Azərbaycana “təqdim etdiyi qırmızı bayraqlarla”diqqəti cəlb edib. Fəaliyyəti ilə bağlı yerli mediada bəzi təhlillər yer alsa da qeyri-məqbul səviyyədə olub. Çünki arxa planda olan erməni amili qeyd edilsə də, fakt/sübutlar təqdim edilməyib.
Beynəlxalq hüquq, məhkəmə və ədliyyə sistemində erməni şəbəkəsini aşkara çıxarılması və ifşası üçün onların yaranma trayektoriyasına nəzər salmaq -mütləqdir. Çünki qlobal erməni şəbəkəsinin özünü ələ verməməsi üçün əsas strategiyası- çox ciddi maskalanmasıdır.
Lemkin İnstitutunun 2 təsisçisindən biri-alman əsilli, ABŞ-da çalışan Elisa von Joden-Forcidir.(Elisa von Joeden-Forgey). Son 100 ildə dünyada əksəriyyəti ermənilərin maliyyəsi ilə yüzlərlə soyqırım təsisatları, QHT-lər yaradılıb. Burada çalışanların sayı isə minlərlədir.
Elə isə soyqırım sahəsində ortaq axtarışı ilə “ova çıxan” erməni şəbəkəsini Elisa J. niyə cəlb edib. Alman əsilli tarixçi Kolumbiya Universitetində Afrika üzrə təhsil alıb, sonra 10 il (2001-2011) Pensilvaniya Univ-də dərs deyib. Ermənilər hər iki universitetdə çox olsa da, Karnegi Korporasiya prezidenti Vartan Qriqoryanın Pensilvaniyada tarix tədqiqatları ilə bağlı həm fakültə yaradıb dekan olması, əlavə Terziyan adına Tarix təqaüdü təsis etməsi də məlumdur. Məhz bu on ildə Elisa Afrika tarixindən soyqırıma doğru yönləndirilir. 2010 -2011-ci illərdə Polşanın Krakov və Osventsim şəhərlərində “Auşvitz Sülh və Barışıq İnstitutu “tərəfindən təşkil edilən “Soyqırımın önlənməsi üzrə Rafael Lemkin Proqramı”nın seminar koordinatoru olur.[1](Raphael Lemkin Program in Genocide Prevention hosted by the Auschwitz Institute for Peace and Reconciliation in Krakow and Oswiencim, Poland). Erməni diasporunun yaratdığı “Beynəlxalq Soyqırım Alimləri Assosiasiyasının”(International Association of Genocide Scholars) keçmiş Birinci vitse-prezidenti, beynəlxalq “Genocide Watch” təşkilatının prezidenti vəzifələrində çalışır. 2017 - iyun 2020-ci illər Stockton Universitetdə soyqırım və erməni tədqiqatları bölmələrində işləyib, 24 avqust 2020-ci ildən indiyə qədər Keene Ştat College-ində yenə də diasporun maliyyələşdirdiyi "Holokost və Soyqırım Tədqiqatları Kafedrasında"çalışır. Burada 2020-ci il rəqəmini -Qarabağda Zəfər ilini yadda saxlayaq. Çünki “Lemkin ssenarisi” məhz bu zaman yaranıb. Lemkin İnstitutu 2021-ci ildə məhz Pensilvaniya ştatında qeydiyyatdan keçib. Elisa 2010-cu illərdən başlayaraq, Ermənistan-İrəvanda beynəlxalq soyqırım konfranslarında çıxış edib.
Təbii ki, dünyada 100-lərlə soyqırım QHT-lərində minlərlə ermənilərin muzdlu tədiqatçıları çalışır. Onların arasında Elisa J.-nın yeni qurumun başına gətirilməsi üçün hazırlıqlar görülüb. Bu işə “soyqırım”sözünü hüquqa gətirən polşa yəhudisi Rafael Lemkinin vətənindəki QHT ilə çalışan alman Elisa daha uyğun görülür.
Səbəb: 1. yəhudi Holokost tədqiqatçıları və aidiyyətli qurumların rəhbərləri ermənilərin saxta “soyqırım canfəşanlığını” demək olar ki, heç vaxt qəbul etməyib. Ümumiyətlə, Holokostla dünyada heç bir başqa soyqırım cinayətinin müqayisə edilə bilməməsi fikrindədirlər. Çünki yəhudilərin fikrincə, faşizmin onlara qarşı törətdiyi dəhşətləri hansısa başqa təcrübəyə bənzədilməsi-bu, yəhudilərin misilsiz faciəsinin kiçildilməsi, təhrif edilməsi deməkdir.
Bu baxımdan ermənilər özlərinə “soyqırım dostu” seçiminə çox həssas yanaşır. Alman əsilli Elisa üzərində seçim edilir və o, tədricən ən yuxarılara-BMT səviyyəsində ekspertliyə daşınır. BMT-də beynəlxalq hüquq, ədalət və cinayət məhkəməsində açar vəzifələri ermənilərə peşkəş edən Kofe Annan[2] vaxtından bu qurumun ixtiyar sahibi hesab edən Amal Kluni bacara bilərdi.
2018-ci ildə Amal Kluni BMT-dən İŞİD cinayətlərini araşdırmaq təklifi ilə çıxış edir. İraqda uzun zaman Hassan Salame(Boqosyan) Kofe Annanın nümayəndəsi olub. Amal Kluni 10 günlük səfər Elisa Forceni də götürüb, beynəlxalq “soyqırım mütəxəssisi” düzəldib. Qayıdanda Elisa BMT-dı ekspert kimi çıxış edib. Daha sonra ermənilərin yaratdığı bir neçə beynəlxalq soyqırım təşkilatında rəhbər vəzifələrə təyinat baş tutur..və 2020-ci ildə məqamı çatır. Elisa J. artıq soyqırım konvensiyasının müəllifi olan şəxsin adından təşkilat yaradır. “Lemkin İnsttitutu” belə meydana çıxır. Fəaliyyətində 10 layihə(ölkə) sadalansa da yalnız Azərbaycana qırmızı bayraqlar təqdim edir.
Soyqırım kimi ağır cinayət sahəsində çalışmalı olan Lemkin İnstututu BBC Hard Talk verilişində aparıcının Ruben Vardanyana niyə çətin sual verməsi ilə bağlı böyük bəyanatlar da yaylb!?
Digər həmtəsisçi- Hüquq sahəsi üzrə direktor İren Victoria Massimino Kjarsgaard daha maraqlı tərcümeyi hala malikdir. Belə ki, İren erməni diasporunun nəinki güclü olduğu, 1970-ci illərdən erməni Leon Arslanyanın yaratdığı, bu gün də şəksiz yönləndirdiyi Argentina hüquq sisteminin təmsilçisidir. STM-nin bundan əvvəl yazdığı kimi, Arslanyan-Luis Okamponun rəhbəri olub. İren Massimino Arslanyanın 30 il rəhbər vəzifələrdə, milli təhlükəsizlik, ədliyyə naziri, cinayət ədliyyə institutunu prezidenti olduğu Buenos Ayres məhkəməsində çalışıb!
İlk növbədə, Lemkin İnstitutunun maliyyə yükünün argentinalı ermənilərin üzərində olması şəksizdir. İkincisi, Argentina qlobal soyqırım təşkilatlarında on illərlə və ən çox tərkibdə təmsil olunan ölkədir. Beləliklə, İren Massimo da Okampo kimi Zəfərimiz sonrası səhnəyə çıxarılan, çox güclü maliyyə mənbəyi olan argentinalı ermənilərin üzərinə qoyulan yeni layihədir.
İren Massimonun çalışdığı ABŞ İndiana MakKenni Universitetində eyni vəzifədə, Dekanlar şürasının üzvü olan ermənilər -Artur Geqamyan BMT səviyyəli hüquqşunas olmaqla yanaşı, Qarabağ qızıl mədənlərini 30 il talayan, isveçrəli milyarder Vartan Sirmakeşin “Vallex Group” şirkətinin rəhbərliyindədir!?
Daha bir sübut: 7 noyabr 2023 tarixində Brüsseldə İren Massimino və Luis Moreno Okampo Belçika Press klubunda qondarma rejimlə bağlı tədbirdə birgə çıxış edəcək, “artsaxlıların” hüquqlarının müdafiəsinə çağırış edəcəklər.
Lemkin təsisçilərin il yanaşı qurumun 8 əməkdaşının 4-nün aşkar erməni əsilli, digərlərinin də sitat “soyqırım yaşayan ailələrin üzvləri”olması saytında açıq aşkar yazılıb. Bu necə tərəfsiz qurumdur?-sualı isə soyqırımla bağlı beynəlxalq ekspert cameəsinin tam susğunluğu fonunda havada qalıb.
Elisa və İrenin qlobal “soyqırım təşkilatı” yaratmaqdan əvvəl Roma Papası ilə görüşməsi də ayrıca erməni planıdır. İrenin öz yerlisi-argentinalı Papa ilə görüşdə məqsəd bu 2 nəfərin dünyada ciddi qəbul olunması görüntüsünü yaratmaq olub. Argentinalılar Papanı başqa ölkələrdən yaxşı tanıyırlar. Bu ölkədə din xadimi olan zaman hərbi xunta ilə əməkdaşlıq edib, onları dəstəklədiyi üçün prezident Kristina Kirşner onu məhkəməyə verib...sonrasını özləri ölkə daxilində həll ediblər.
STM-nin Kanada ilə bağlı təhlilində bu ölkədəki erməni əsilli, məzarlıqlar üçün torpaq satışı sahəsində zənginləşərək inşaat sektorunu yaradan Sərkisyanın “Zoryan İnstitutu” ilə bağlı qeyd edilib. Elisa Forge burada rəhbərlikdə təmsil olunur. Kanada, Kembric və Massaçusestdə filialları yaradılan Zoryan İnstitutu və Zoryan Fondu da müstəsna olaraq soyqırım üzrə ixtisaslaşıb. Ermənistan sabiq prezidentinin(S.Sərkisyan) 1 milyonluq “prezident taqaüdünü” də alıb. Təsisçinin imkanlı olmasına baxmayaraq, erməni diasporun ən sirli nümayəndələri-Boqosyan qardaşları Zoryan İnstitutunu maliyyələşdirir. Beləliklə, Elisa Forge-nin 2024-cü ilin axırına qədər külli miqdarda qrantla çalışaçağı, dünyanın onlarla ölkəsindən, hətta hər il Türkiyədən gələn (kürd) tələbələrə “soyqırım sertifikatları”paylayacağı şəksizdir.
Ümumiyyətlə Elisanın sıyqırım “mütəxəssisi”düzəltmək üçün ermənilər çox əziyyət çəkiblər. “Qlobal adlı hüquqşünasların” təmsil olunduğu “Genocide Watch”qurumunda Samanta Pauerin rəhbəri də olub.Yuxarıda qeyd edilən hər bir cümlə ilə bağlı fakt/screenlər mövcuddur.
STM-nin beynəlxalq hüquq, məhkəmə və ədliyyə sisteminin aparıcı institutlarında erməni diasporunun siyasi korrupsiya fəaliyyəti ilə bağlı yazdığı geniş hesabatın Lemkin İnstitutu ilə bağlı bəlli olur ki, ermənilər beynəlxalq soyqırım cinayətləri ilə bağlı həm tədqiqat/təbliğat, həm də cinayət-hüquqi cəzalandırma sahəsini tamamilə ələ keçiriblər.
Zəfərimizin Xankəndi zirvəsindən sonra isə “2-ci erməni soyqırımı, etnik təmizləmə” narrativini ortaya ataraq, beynəlxalq gündəlikdə tutmaq niyyətindədir. Bu məqsədlə Azərbaycana qarşı şiddətli diplomatik-hüquqi savaş elan edilib. Qələbəmizdən sonra yaradılan Lemkin İnstitutu nə qədər qeyri-ciddi və aşkar erməni planın tərkib hissəsi olsa da, soyqırım sahəsində şəbəkələşməni gücləndirən daha bir həlqədir. Lemkin təsisçisinin argentinalı, arxasında xüsusilə bu ölkənin erməni diasporun durması, Papanın “xeyir-dua” verməsi siyasi korrupsiya şəbəkəsiin daha da genişlənəcəyini deməyə əsas yaradır. İlk növbədə bu:1. İspandilli; 2.frankofon və 3. onillərlə Kofe Annanın ermənipərəstliyinin nəticəsi olan Afrika qitəsinin hüquqşünas “ordusudur”. BMT-nin Baş katibinin soyqırım önləmə üzrə müavini olan xanımın davamlı olaraq, Amal Kluni, Arman Tatoyan və Amal Kluni ilə olması özünü Laçın yolu ilə bağlı qərəzli bəyanatlarında göstərdi. Beynəlxalq Holokost qurumları, yəhudilər erməniləri heç vaxt yaxın buraxmayıb. Amerika Holokost Memosial Muzeyinin internet saytının araşdırılması göstərir ki, bu qurum ermənilərin soyqırım “oyunlarını”ciddiyə almır. Hətta son günlərdə Muzeyin rəsmisi “soyqırım” sözünün bu qədər siyasi məqsədlərlə manipulyasiya edilməsini, yəhidilərin yaşam faciəsinə biganəlik kimi olduqca pis dəyərləndirib. Ekspertlərə çağırış edib. ABŞ Holokost muzey saytında ermənilərlə bağlı yeganə xəbər 2017-ci Baydenin soyqırımı tanıması ilə bağlı xəbərdir. 1989-cu ildə Holokostla bağlı ilk Beynəlxalq konfransda Türkiyənin tələbi ilə bütün (saxtakar) erməni məruzəçilərin çıxışları ləğv edilmişdi.Yəni, o zaman ölkələr həm Holokosta münasibət bu qədər ciddi, həm də soyqırım cinayətlərinin necə gəldi tətbiq cəhdlərinə münasibət bu qədər qeyri-ciddi deyildi. Ermənilərin ən böyük uğuru həmin konfransdan narazı qalan yəhudi tədqiqatçı İsrail Cernı-nın öz tərəflərinə çəkmək oldu. 2021-ci ildə İstrail Çernı “Erməni soyqırımına İsrail nədən bu qədər biganədir?”adlı kitab yazıb. Diasporun yaratdığı saxta qurumlarda davamlı rəhbərlikdə təmsil olunur.
Həmçinin, son illərdə vəziyyət dəyişməkdədir. A.Tatoyan, Elisa və s-rin ciddi qurum kimi qəbul edilən Polşanın Auschwitz Soyqırım Önləmə kimi nəhəng beynəlxalq qurumuna sızması, burada ustad dərsləri keçməsi(!?) qurumdan tam dəstək alması, artıq Polşa yəhudiləri vasitəsi ilə Holokost qurumlarına yol tapıb.
Həmçinin, son 5 ildə Amerikanın ən qədim və ən böyük yəhudi millətçi təşkilatı Bney Brit( B'nai B'rith -Əhdi-ətiq oğulları, Birlik oğulları və s.),antisemitizmə qarşı mübarizə aparan Antidiffamasiya Liqası(ADL) tamamilə ermənipərəst şəxsi quruma rəhbər gətirib və Harri Kasparova ali mükafatını təqdim edib, idarə heyətinə salıb. İdarə heyətində daha bir erməni qadın təmsil olunur. Bu ilk dəfə baş verib. Halbuki bu yaxınlarda İrəvanda sinaqoqa hücum olmuşdu və yəhudi icma sədri Ermənistanda həyatları üçün təhlükə olduğunu vurğulamışdı.
Yaxın Şərqdə baş verənlər fonunda erməni mənbələr Türkiyəyə qarşı İsrail adından fake xəbərlər də yayır. Bununla yanaşı, Lemkin institutu əsas 2 ölkəni hədəfə alıb:ancaq Azərbaycan və İsrailə sıyqırım həyəcanı ilə bağlı qırmızı bayraqlar təqdim edir. İsraili soyqırımda suçlayır.
Eləcə də Rafael Lemkin, onun həyat, fəaliyyət və yaradıcılığı, soyqırımla bağlı əlyazmalarının çap olunmaması və tamamilə ermənilərin əlinə keçməsi, Garnegi fondunda erməni tarixçi Piter Balakyanın bu əlyazıları tamamilə saxtalaşdırması, onun adından 4 cild çap etməsi ilə bağlı faktlar mövcuddur. O dərəcədə ki, ingilisdilli tədqiqatçılar: neçə Lemkin var?”-kimi ritorik suallar ünvanlayır.
Türkiyəli tarixçilər bu məsələyə bir qədər ancaq səthi toxunub. Errmənilər R.Lemkinin BMT-də verdiyi müsahibəni əsas tutur və onun soyqırım terminini məhz ermənilərə görə icad etdiyini bildirir. Halbuki müsahibədə R.Lemkinin dünyada qədim Romadan başlayaraq, soyqırımlar olmasını və ermənilərin qisas almaq üçün “terrorçu təşkilat” yaratmasını, 1920-ci ildə Almaniyada Tələt Paşanı öldürdüyünə görə ASALA-nın Nimesis planını gerçəkləşdirən terrorçu Soqomon Teyliryanı misal çəkməsini görürük. Ermənilərin bu yalanları Vikipediya dünya mənbəyində hər gün dəyişməsinə baxmayaraq, mənbəyə cavabdeh qurumlar “yoxlanmayıb-not verificated” yazır. Eyni zamanda, dünyanın ən böyük Holokost muzey rəhbərinin bu günlərdə açıq məktubunda vurğuladığı kimi, sitat: “cılızlaşdırması, siyasi məqsədlərlə manipulyasiyası, seçkisdə qalib gəlmək üçün bu sözü necə gəldi işlətməsi”-və s.yolverilməz hesab etmiş, bunu yəhudi xalqına sayğısızlıq adlandırmış, hiddətlənmişdir.
Ümumilikdə polşa yəhudisi Rafael Lemkin fiqurunun, adının, irsinin dünya erməniliyi tərəfindən mənimsənilməsi, spekulyasiya edilməsi mövzusu gündəmə ciddi şəkildə daxil edilə, ermənilərin soyqırım hekayəsinə alternariv fikirlər yer ala bilər.
Lemkin İnstitutunun İsraildə başqa ən çox hədəfə aldığı bir də İrandır. İrana müxalifətinin beynəlxalq konfransında İren onların vəkili kimi çııxş edib. Əsas qənaət kimi, erməni tarixçi alimləri(Riçard Hovanisyan və Piter Balakyanın) soyqırım tarixini siyasiləşdirən və erməni mərkəzli narratvlə əvəzləyən, diasporunun maliyyələşdirdiyi siyasi korrupsiya şəbəkəsinin dünyada misilsiz qeyri-etik, qeyri-hüquqi fəaliyyətinin beynəlxalq hüquqa böyük təhdid və təhlükədir. 30 ildən çox işğalçılıq dövründə ermənilərlə narrativlər müharibəsi “tarixin saxtalaşdırılması” mövzusu olub. Biz bunu sübut edə, 30 il heç bir ölkənin tanımadığı qondarma rejimi qovub torpaqları azad edə bilmişik. Zəfərdən sonra revanşizm isterikasına yoluxmuş düşmənin “2-ci erməni soyqırımı” narrativinə qarşı elmi, diplomatik, informasiya müharibəsinin konsepsiyası hazırlanması vacibdir.
Əlavələr:7 noyabr tarixində Brüsseldə İren və Okampo birgə çıxış edəcək.EAFJD -Kaspar Parampetyan tədbiridir
Əsas məruzəçilər Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) keçmiş Baş prokuroru Luis Moreno Ocampo, Lemkin İnstitutunun həmtəsisçisi və Hüquq Məsələləri üzrə Direktor İrene Viktoriya Massimino, Harvardda təhsil almış beynəlxalq hüquqşünas və vəkil Karniq Kerkonyandır. və Çikaqo Universiteti.
Lemkin İsraili də soyqırımla ittiham edir qırmızı bayraq verir
İren-İrəvanda 2018-ci il soyqırım konfransında
Elisa və İren ötən il İrəvanda konfransda
LEMKİN İNST-HEYƏT ERMƏNİDİR
Soyqırım mövzusu Kristin üçün xüsusilə vacibdir, çünki o, Erməni Soyqırımından sağ çıxanların nəslindəndir və Artsaxda etnik təmizləmə və soyqırımın təsirinə məruz qalmış ailəsi var.
Kəşfiyyatçılar da var
Guya 8 lyihə var, amma yalnız Azərbaycanla məşğuldur
Elisa Stokton Univ-də Erməni təqaüdü ilə çalışır
Elisa BCM-dən İsrail baş nazirinin həbsini tələb edir
ABŞ Holokost muzey rəhbərliyi hər şeyi soyqırıma bənzətməyi qınayır.. bununla bağlı muzeyin girişindəki:Düşün-sözünü xatırladır
İren İrana qarşı
Elisanın ermənilərsiz cavan vaxtı
Kanada Zoryan inst təsisçi,məzarlıq üçün torpaq satıb zənginləşən Sarkisyan.O mərkəzi Osmanlı dövründə ailəsini aylarla gizlədib xilas edən türk Hacı Xəlilin xatirəsinə yaradlb!?!?erməni xisləti
Zoryan üçün president mukafatı və Boqosyan maliyyəsihttps://zoryaninstitute.org/wp-content/uploads/2017/04/Zoryan-Awarded-President-of-the-Republic-of-Armenia-Prize.pdf
Elisa rəhbərlikdədir Zorya və filialında
https://zoryaninstitute.org/the-zoryan-institute-receives-100000-usd-matching-fund/
TATOYAN polşa yəhudiləri ilə dil tapıb usta dərslər keçir
Qlobal yəhudi təşkilatının dəhşətli soyqırım anlayışı ASALA terrorçu,Tələt paşa qatili Sogomon Teyliryan case öyrənilir!? Ermənilər saxtakarlığın bu həddindədir .. yerli alimlərimiz susur
Lemkin Soyqırım!? İnstitutun BBC-nin aparıcı sualına etiraz bəyanatı!?
BCM-İCC rəhbəri Kərim xanın müşavuiri Amal Klunini beynəlxalq soyqırım komandası.
Elisanın İraqa səfərə götürən Amal Kluni onun taleyini dəyişib,arxa plandadır,ekspert kimi
..bütün Hollivud Amalı..Elisanı dəstəkləyir
[1] İkinci Dünya müharibəsi zamanı Polşada faşist Almaniyası tərəfindən idarə olunan 40-dan çox ölüm düşərgələrindən ibarət Auschwitz konsentrasiya düşərgəsinin adını daşıyan qurum..
[2] Dünyanın ən zəngin ermənilərindən Livanlı Boqosyanlar ailəsinin üzvü Hassan Salame Kofe Annanın köməkçisi olan dövrdən söhbət gedir.
Tahirə Allahyarova, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü, sosial fəlsəfə üzrə elmlər doktoru, milli təhlükəsizlik və hərbi humanitar elmlər üzrə professor
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ