Onlayn ictimai-siyasi qəzet
Tanınmış karateçi Rafael Ağayev Ginnesin Rekordlar Kitabına düşüb.
Musavat.com olay.az-a istinadən xəbər verir ki, karatenin "Qara brilyant"ı fərdi yarışlarda ən çox dünya çempionu olan idmançı kimi kitaba əlavə olunub.
Xatırladaq ki, o, 2006-2016-cı illərdə fərdi karate (Kumite) üzrə 5 dəfə dünya çempionu olub.
Ağayev karate üzrə -70 kq-da iki (2006 və 2008), -75 kq-da (2010 və 2016) iki dəfə və bir dəfə açıq çempionluq (2008) qazanıb. O, həmçinin iki gümüş və iki bürünc olmaqla ümumilikdə doqquz dünya çempionatı medalı əldə edib.
75 kiloqram çəki dərəcəsində karatenin kumite növü üzrə Rəfael Ağayev 2015 Avropa Oyunlarında ilk görüşü ukraynalı İlya Nikulinə 3:0 hesabı ilə qalib gəlib. İdmançı ikinci görüşdə türkiyəli Erman Eltemura 3:5 hesabı ilə məğlub olub. Qrupun son görüşündə latviyalı Ruslan Sadıqova 3:1 hesabı ilə qalib gələn Rəfael Ağayev yarımfinala yüksələ bilib. O, yarımfinalda Almaniya idmançısı Noah Bitchini 1:0 hesabı ilə məğlub edərək final görüşünü İtaliya idmançısı Luici Busa ilə keçirib. O, görüşün son saniyələrində fərqlənərək birinci Avropa Oyunlarının çempionu adını qazanıb, qızıl medala sahib olub.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ