Onlayn ictimai-siyasi qəzet
Polşa Ukrayna səması üzərində Rusiya raketlərinin vurulmasını nəzərdən keçirir.
APA-nın “Polskie Radio”ya istinadən xəbərinə görə, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bəyan edib.
O bildirib ki, bununla bağlı imkanların nəzərdən keçirilməsi barədə müddəa adıçəkilən ölkə ilə imzalanan Qarşılıqlı müdafiə haqqında razılaşmada yer alıb:
“İndiki mərhələdə, bu, sadəcə ideyadır, lakin biz bu məsələnin reallaşmasının mümkünlüyünü nəzərdən keçirəcəyik. Polşa cəbhəyanı ölkədir və Rusiya bizim hava məkanımızı pozmaqda davam edir” – R. Sikorski belə deyib.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ