İnsanlara hürriyət, millətlərə istiqlal!

Radikal millətçi İqor Strelkov həbs olundu

Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları Donetsk separatçılarının liderlərindən olan İqor Strelkovu (Qirkin) saxlayıblar.

Musavat.com xəbər verir ki, bu barədə RBK agentliyi məlumat yayıb. Strelkovun vəkili də agentliklə söhbətində həbslə bağlı məlumatı təsdiqləyib.

Hazırda radikal millətçinin mənzilində axtarış aparılır. İlkin məlumatlara görə, saxlanılma “Vaqner”in keçmiş bir muzdlusunun ifadəsindən sonra həyata keçirilib.

Strelkovun Teleqram kanalında onun həyat yoldaşı Miroslava Reginskayanın adından mesaj yerləşdirilib. Onun sözlərinə görə, istintaq komitəsinin əməkdaşları günorta saatlarında Strelkovun mənzilinə gəlib, sonra onu naməlum istiqamətə aparıblar. Saxlanılan şəxslə heç bir əlaqə yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR