Onlayn ictimai-siyasi qəzet
El arasında quzuqarnı adlanan göbələyin yığım mövsümüdür. Hava rütubətli olduqda bu göbələyə daha çox rast gəlinir.
Quzuqarnı toplayan Oğuz sakini İbrahim İbrahimov bildirir ki, bu göbələk adını görünüşünə görə alıb:
"Quzuqarnına əvvəlki qədər rast gəlinmir. Ərazidə bu bitkinin kökünü kəsdikləri üçün daha yetişmir. Məcbur olub başqa tərəflərdə axtarırıq".
İldə bir dəfə bitən bu göbələyin qiyməti quzu ətindən belə bahadır.
"Dağətəyi ərazilərdə bitir. Qiyməti 35-40 manat arasında dəyişir. Marketlərdə satılan göbələklərdən 10 dəfə, quzu ətindən isə iki dəfə bahadır. Təzə çıxdığı üçün indi qiyməti 60 manatdır", - başqa bir Oğuz sakini qeyd edib.
Daha ətraflı Baku TV-nin videomaterialında:
31 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ