İnsanlara hürriyət, millətlərə istiqlal!

Quterreş Ərdoğanın istəyini səsləndirdi: İslahatların vaxtı çatıb

BMT-nin baş katibi Antonio Quterreş Xirosimada keçirilən G7 sammitində çıxış edib.

Musavat.com xarici agenltiklərə istinadən xəbər verir ki, baş katib BMT Təhlükəsizlik Şurası və Bretton-Vuds sistemində islahatların aparılmasını zəruri hesab etdiyini söyləyib. Quterreşe görə, onlar artıq müasir reallıqlara uyğun gəlmir.

BMT baş katibinin fikrincə, bu qurumlar 1945-ci ildə formalaşdıqları zaman dünya düzəninə uyğun olub. O vaxtdan bəri, həmin sistem köhnəlib və təsirini itirib.

"Qlobal maliyyə arxitekturası köhnəlib, işlək deyil və ədalətsizdir" deyə BMT rəhbəri vurğulayıb. Quterreşin rəyinə əsasən, bu sistem "Covid-19 pandemiyası və Rusiyanın Ukraynaya təcavüzü səbəbindən iqtisadi böhranlarla üzləşərək, əsas funksiyasını yerinə yetirə və dünya üçün təhlükəsizlik şəbəkəsi kimi çıxış edə bimləyib.

Quterreş rəhbərlik etdiyi təşkilatın strukturunu da tənqid edib.

"Mən çox açıq deyəcəyəm: Təhlükəsizlik Şurası bu müharibənin qarşısını almaq və bitirmək üçün əlindən gələni edə bilmədi. Bu, böyük məyusluq və qəzəb doğurur",-deyə o, fikrini bu sözlərlə ifadə edib. 

BMT Təhlükəsizlik Şurası 1945-ci ildə yaradılıb. BMT Nizamnaməsinə görə, orada qərarlar bütün üzv ölkələrin razılığı əsasında qəbul edilir. Quruma beş daimi üzv - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və 10 qeyri-daimi üzv daxildir. Son vaxtlar Rusiya dəfələrlə veto hüququndan istifadə edərək özü ilə bağlı bütün qərarları əngəlləyir.

Xatırladaq ki, BMT strukturunun yenidən inşası msələsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən dəfələrlə səsləndirilib. Ərdoğan hətta bu fikrini “dünya beşdən böyükdür” cümləsi ilə ifadə edir.

2022-ci ilin dekabrında Ukrayna Rusiyanı Təhlükəsizlik Şurasının daimi üzvü statusundan məhrum etməyə və BMT-dən xaric etməyə çağırıb. Lakin BMT-nin hazırkı Nizamnaməsinə görə, bu, Rusiyanın özünün razılığı olmadan həyata keçirilə bilməz.

Bretton Vuds sistemi 1944-cü ildə qəbul edilmiş pul münasibətlərinin və ticarət hesablaşmalarının təşkili üçün beynəlxalq sistemdir. Bu sistem Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq Valyuta Fondu (BVF) kimi təşkilatların əsasını qoyub.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR