İnsanlara hürriyət, millətlərə istiqlal!

Quterreş: “Dünya “nüvə savaşı”nın bir addımlığındadır”

BMT-nin baş katibi Antonio Quterreş dünyanın Soyuq müharibədən bəri görünməmiş nüvə təhlükəsi ilə üzləşdiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə “Sky News” kanalı məlumat yayıb.

Qeyd edək ki, bu məsələ “Nüvə silahlarının yayılmaması haqqında 1969-cu il müqaviləsini imzalayan ölkələrin Nyu-Yorkda keçirilən toplantısının gündəliyinə salınıb.

“Ukraynadakı, eləcə də Asiya və Yaxın Şərqdəki müharibələr dünyanı “hər hansı bir anlaşmazlıq” və ya “səhv hesablamalarla” “nüvə savaşı”na və məhvə doğru apara bilər. İndiyə qədər çox şanslı idik. Amma şans strategiya deyil. Bu, bizi geosiyasi gərginliyin nüvə münaqişəsinə çevriləcəyindən də qoruya bilməz”, - Antonio Quterreş vurğulayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR