Onlayn ictimai-siyasi qəzet
“Komanda.az” saytının jurnalistlər arasında keçirdiyi sorğuda 2024-cü ilin məşqçisi seçilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mükafatlandırılıb.
Bu gün “Fairmont Baku” hotelində baş tutan tədbirdə futbol ictimaiyyətinin nümayəndələri, jurnalistlər və qonaqlar iştirak ediblər.
52 yaşlı mütəxəssis 64 jurnalist arasında təşkil olunan səsvermədə 47 səslə birinci olub.
O, 2009-cu ildən bu yana keçirilən sorğularda hər il bu mükafata layiq görülüb. (Report)
07 Fevral 2025
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ