İnsanlara hürriyət, millətlərə istiqlal!

Qurban bayramı üçün göndərilən 16 min qoyunu daşıyan gəmi batdı

Bazar günü Sudanın Suakin limanında 16 min qoyunu daşıyan gəmi batıb.

Məlumata görə, qəzaya səbəb həddindən artıq yüklənmə olub. Ekipaj son anda qaçmağı bacarıb.

Heyvanların Qurban bayramı ərəfəsində Səudiyyə Ərəbistanına göndərilməsi nəzərdə tutulub.

Estakadada batan “BADR 1” gəmisinin ilkin maksimal tonnajı 9 min heyvan, modifikasiyadan sonra isə maksimum yük 12 min baş olub. Liman rəhbərliyi artıq mal-qaranın kütləvi şəkildə tələf olması səbəbindən Qırmızı dəniz üçün ciddi ekoloji təhlükə barədə xəbərdarlıq edib.///oxu.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR