İnsanlara hürriyət, millətlərə istiqlal!

“Quranın yandırılması bu ölkənin təxribatı ola bilər”-Politoloq

 

“Aksiyanın arxasında İranın durmasına ehtimalını istisna etmirəm. Eyni zamanda Türkiyə-İsveç münasibətlərinə xələl gəlməsini istəyən, İsveçin NATO-ya daxil olmasının ləngidilməsini istəyən qüvvələr də bunda maraqlı ola bilərlər”.

Bu fikirləri Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli deyib. Politoloq qeyd etdi ki, Finlandiya NATO-ya qəbul edildikdən sonra növbə İsveçdədir: “İsveçin alyansa daxil edilməsini istəməyən əsas dövlət Rusiyadır. Eyni zamanda Qərbin əsas siyasi rəqibi olan İran da buna qarşıdır”.

Qeyd edək ki, Qurban bayramında İsveçin paytaxtı Stokholmda İraq əsilli Salvan Momika adlı şəxs məscidin qarşısında "Quran"ı yandırmışdı. "Key Molla" adlı Teleqram kanalı baş vermiş hadisə ilə bağlı araşdırma aparıb. Məlumata görə, Salvan Momika "Haşdi-Şabi" terror qruplaşmasının üzvüdür. Bu qruplaşma isə İran tərəfindən dəstəklənir. Bildirilir ki, Salvan Momika "Haşdi-Şabi"nin tərkibində Suriyada da əməliyyatlarda iştirak edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR