Dünya şöhrətli azərbaycanlı müğənni Ququş (əsl adı - Faiqə Atəşin) Azərbaycana olan sevgisini bir daha nümayiş etdirib.
Sənətçinin yayılan görüntülərində Azərbaycan dilində səlist şəkildə danışması əks olunub.
Ququş sözügedən videoda “Ayrılıq” mahnısından bəhs edib.
Onun bu ifadələrinə yanında əyləşən azərbaycanlılardan biri “O mahnını sizin kimi oxuyan olmayıb. Yaqub Zurufçu “Ayrılığ”ı yaxşı oxuyub, amma sizin kimi oxuyan olmayıb” söyləyib.
Bu fikirlərə isə Ququş gülərək təşəkkürünü bildirib. (olay)
ŞƏRHLƏRŞƏRH YAZ