İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyevdən HƏYƏCANLI proqnoz: “Azərbaycanın növbəti dəfə güc tətbiq etməsinə ehtiyac yaranacaq” - VİDEO

Son günlər Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağı gözləntiləri artıb. Bu mövzu bu gün TV Müsavatın efirində, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin Təhlil” verilişində müzakirə olunub.

Millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan prezidentinin bu məsələdəki mövqeyini yada salıb: “Prezident deyib ki, sülh müqaviləsi məsələsində 2023-cü il Ermənistan üçün sonuncu ildir. Xəbərdarlıq edib. Paşinyan da 44 günlük savaşdan sonra ilk mətbuat konfransında söylədi ki, bizim ən böyük günahımız o oldu ki, maksimalist mövqe sərgilədik, “bir qarış torpaq da güzəştə getməyəcəyik” siyasətinə sadiq olduq. Paşinyan indi də başa düşür ki, maksimalist mövqe yeni müharibə deməkdir. Ona görə də deyir ki, biz yeni sülh sazişini elə təqdim etməliyik ki, bu, yeni müharibəyə gətirib çıxmasın. Yeni sülh sazişində axmaq-axmaq tələblər qoyublar. Qarabağ ətrafında təhlükəsizlik zonası yaradılsın, Qarabağda separatçı ermənilərlə birbaşa danışıqlara başlanılsın, beynəlxalq təminat verilsin ordakı ermənilərə - belədir tələblər. Biz o şərtləri qəbul etməli olsaq, dolayısı ilə qondarma respublikanın müstəqilliyini tanımaq kimi bir şey olacaq. O öz tərəfdarlarını buna hazırlayır ki, müəyyən yumşaq mövqe ortaya qoyacağıq. Amma onların yumşaq mövqeyi də Azərbaycanın tələblərinə cavab vermir”.

“Mən sözün doğrusu, danışıqlar prosesi ilə bu problemin həllini görmürəm” deyən Q.Həsənquliyevin sözlərinə görə, Azərbaycanın növbəti dəfə güc tətbiq etməsinə ehtiyac yaranacaq: “Belə olduğu təqdirdə, Azərbaycan girib, Zəngəzurda bizə yol verilməlidir. O yolla biz Naxçıvana maneəsiz gedib gəlməliyik. Həmin əraziləri Azərbaycan silahlı qüvvələri öz nəzarətinə götürməlidir. Orda lazım olsa yolları özümüz çəkməliyik. O yolların xərcini Ermənistandan tələb etməliyikş. Sonra da verməliyik ki, bura Ermənistanın ərazisidir, biz işğal etməmişik və Rusiya, bu yola sən nəzarət etməlisən. Müəyyən təminatlar altında Azərbaycanın qoşunları ordan çıxmalıdır. Azərbaycan bu cür maksimalist və prinsipial mövqe ortaya qoymalıdır”.

Verilişi aşağıdakı linklər vasitəsilə izləyə bilərsiz.


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/@Musavattv

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR