İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev: Konstitusuya islahatlarına gedilməlidir”

Milli Məclisin bu gün keçirilən plenar iclasında bələdiyyələrin 2021-ci ildəki fəaliyyəti haqqında hesabat dinlənilir. Bununla əlaqədar bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirəyə çıxarılıb. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edəndən sonra deputatlar məruzə ətrafında fikirlərini bölüşdülər.

Deputat Qüdrət Həsənquliyev bələdiyyələrin səlahiyyətlərindən bəhs etdi: “Yaradılanda elə məqsəd olmayıb ki, mərkəzi icra hakimiyyəti orqanları öz səlahiyyətlərini seçkili orqanla bölüşsün. Biz deyəndə ki, bələdiyyələrin səlahiyyətləri icra hakimiyyətlərinin hesabına artırılmalıdır, bir neçə icra başçısı mənə deyib, bizim nə səlahiyyətimiz var ki, hələ səlahiyyətlərimizi də bələdiyyələrə verək? Bu gün regional idarələr yaradılıb. Ona görə də səlahiyyətlər bölüşdürülməlidir. Bunun üçün də mütləq ölkədə islahatların aparılmasına ehtiyac var. Ciddi islahatlar aparılmadan hər il eyni sözlər deyiləcək”.

Q.Həsənquliyev vəziyyətdən çıxış yolu kimi bunları söylədi: “Mən təklif edirəm ki, hökumət ciddi islahatlara getməlidir. Konstitusiya islahatlarına gedilməlidir”.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR