İnsanlara hürriyət, millətlərə istiqlal!

Qüdrət Həsənquliyev: “Hesablama Palatası haqqında qanuna dəyişiklik etməliyik”

Deputat Qüdrət Həsənquliyev Milli Məclisin iclasında Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı çıxış edərək bildirdi ki, İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsində Palatanın hesabatı çox demokratik şəkildə müzakirə olunub və müzakirələrə siyasi partiyalar da dəvət edilib.

Q.Həsənquliyev hesabatla bağlı fikirlərini deməklə yanaşı, bəzi təkliflərini də səsləndirdi: “Biz Hesablama Palatası haqqında qanuna dəyişiklik etməliyik”.

Deputatın sözlərinə görə, ölkədə sadə insanlar da yaxşı bilirlər ki, saxta tenderlər keçirilir. “Bu günlərdə ABŞ səfiri də bildirdi ki, Qarabağda açıq tenderlər keçirilərsə, o halda ABŞ şirkətləri də bu işlərdə iştirak edə bilər”, - Q.Həsənquliyev əlavə etdi.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR