Onlayn ictimai-siyasi qəzet
“Qudbay Raşa! Qudbay, Lenin!”
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Litva Prezidenti Nausėda Baltikyanı ölkələrin Rusiya elektrik şəbəkəsindən ayıldığını və Avropa şəbəkəsinə qoşulduğunu bu sözlərlə elan etdi.
Mariya Zaxarova isə bunun "bu ölkələrin müstəqilliyinin və rifahının məhv edilməsinə doğru atılan bir addım" olduğunu ifadə edib.
Zaxarovanın bu sözləri yerli müxalif mediada məsxərəyə qoyulub.
“İndi təşviqat daha da güclənərək, “ölməkdə olan” və “donan Avropa” haqqında qorxulu görüntüləri nümayiş etdirəcək.
Amma televiziyalar heç vaxt Kemerovda yerli hakimiyyətdən kömür gözləyərək 8000 rubl pensiya ilə yaşayan bir əlilin donaraq öldüyü hekayəni göstərməyəcək.
İndi Uralda insanlar 25 ildir elektrik olmadan yaşayırlar.
Sankt-Peterburq yaxınlığında isə, insanlar nasaz soba istilik sistemləri səbəbindən ölürlər.
Yazıq, kasıb Baltikyanı ölkələr!”,-deyə “Solovinıy Polyot” telegfram kanalı yazıb.
Musavat.com
20 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ