Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasının Saxalin vilayətinin qubernatoru Valeri Limarenko dekabrın 18-dən artıq öz Telegram kanalında Ukrayna ilə müharibədə bölgənin yerli sakinlərinin həlak olması ilə bağlı nekroloqlar dərc etməyi dayandırıb.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, bundan əvvəl o, hər iki-üç gündən bir Ukraynada həlak olan bölgə sakinləri barədə nekroloqlar dərc edib.
Bildirilir ki, hələ sentyabr ayında Limarenko nekroloqların altında izləyicilər tərəfindən verilən reaksiyaları məhdudlaşdırıb. Qubernatorun abonentləri nekroloqların altında tez-tez “atəşfəşanlıq" və "sülh göyərçinləri" emojiləri qoyurmuşlar. Qubernator bu emojilərin istifadəsini qadağan edib. Bundan sonra abunəçilər şərh bölümündə “ok” yazmağa başlayıblar.
Daha əvvəl “Verstka” nəşri Rusiyanın ən azı altı vilayətinin hakimiyyətinin 2023-cü ilin əvvəlində Kremldən müharibədə həlak olanlar haqqında hesabat dərc etməmək tövsiyəsi aldığını bildirib. Bu qərar, ehtimal ki, itkilərə ictimaiyyətin diqqətini minimuma endirmək istəyi ilə bağlıdır.
Musavat.com
10 Yanvar 2025
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ