Onlayn ictimai-siyasi qəzet
Quba sakinlərində qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat bildirilib.
Qeyd edilib ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı keçirdikləri nəzarət-profilaktiki tədbirlər nəticəsində rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 3 ədəd "Toz" markalı ov tüfəngi və onlara məxsus patronlar aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Faktlar üzrə Quba RPŞ-də müvafiq araşdırmalar aparılır.
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ