İnsanlara hürriyət, millətlərə istiqlal!

Qriqoryan iranlı həmkarı ilə bu məsələləri MÜZAKİRƏ ETDİ

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Tərəflər regional prosesləri və Ermənistan-İran əməkdaşlığının perspektivlərini müzakirə ediblər. Ermənistan və İran arasında ikitərəfli münasibətlərin inkişafını məmnunluqla qeyd edən həmsöhbətlər artıq əldə edilmiş razılaşmaların həyata keçirilməsi ilə bağlı müzakirə aparıb və yeni əməkdaşlıq yollarını müəyyən ediblər.

Görüşdə iqtisadi əlaqələrin inkişafı məsələsinə toxunulub, infrastrukturun inkişafı layihələri barədə fikir mübadiləsi aparılıb.

Danışıqlar zamanı onlar ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafının vacibliyinə əsaslanan yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd ediblər.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Yanvar 2025

09 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR