Onlayn ictimai-siyasi qəzet
Kopenhagen polisi isveçli iqlim fəalı Qreta Tunberqi Kopenhagen Universitetində keçirilən nümayiş zamanı saxlayıb.
“Report” xəbər verir ki, bu barədə “Ekstra Bladet” qəzeti məlumat yayıb.
“Tələbələr İşğala Qarşı” hərəkatının üzvləri ilə Kopenhagen Universitetinin inzibati binasındayıq”, - Q.Tunberq özünün instaqram səhifəsində paylaşım edib.
Məlumata görə, fəallar Kopenhagen Universiteti ilə İsrail universitetləri arasında əməkdaşlığın dayandırılmasını tələb edirlər.
Qəzet yazıb ki, polis bir neçə nəfəri həbs edib.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ