İnsanlara hürriyət, millətlərə istiqlal!

Qranada görüşü bu tərkibdə olacaq...

Ermənistan, Fransa, Almaniya və Avropa Şurası liderləri Nikol Paşinyan, Emmanuel Makron, Olaf Şolz və Şarl Mişel Qranadada görüş keçirəcəklər.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Avropa İttifaqının yüksək səviyyəli nümayəndəsi bu barədə İspaniyanın Qranada şəhərində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində jurnalistlərə bildirib.

“Mövcud vəziyyəti müzakirə etmək, Aİ-nin nə edə biləcəyini, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə gələcək iş perspektivlərini, eləcə də əməli tədbirləri müzakirə etmək üçün Ermənistan, Fransa, Almaniya və Avropa Şurası liderlərinin dördtərəfli görüşü keçiriləcək”-deyə, bildirib. Əlavə edib ki, Aİ-Ermənistan gündəmini təşviq etmək və dərinləşdirmək məsələləri də müzakirə predmeti olacaq.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin sammitdə iştirakına maneə yaratdıqları üçün Qranadaya getməkdən imtina etmişdi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR