İnsanlara hürriyət, millətlərə istiqlal!

QORXUNC həqiqət üzə çıxdı - Kainatdakı hər şey...

Dünya şöhrətli astrofizik Stiven Hokinqin 1974-cü ildə gündəmə gətirdiyi “Hokinq radiasiyası” nəzəriyyəsi araşdırılıb və qorxunc həqiqət üzə çıxıb. Genişlənməyən qara dəliklərin enerjisinin zamanla azalması nəzəriyyəsi kainat haqqında təəccüblü nəticələrə işarə edir.

Musavat.com xəbər verir ki, “Physical Review Letters” elmi jurnalında dərc olunan araşdırmada mütəxəssislər “kifayət qədər kütləsi olan hər bir varlığın sonda məhv olacağı” qənaətinə gəliblər.

Bildirilib ki, alimlərin araşdırmaları doğru olarsa, kainatdakı hər şey məhv olacaq.

Tədqiqata rəhbərlik edən astrofizika professoru Heino Falke deyib: “Ölü ulduzların qalıqları və kainatdakı digər nəhəng cisimlər bir nöqtədə buxarlanacaq. Eynilə qara dəliklər kimi... Bu, təkcə Hokinq radiasiyasını anlama tərzimizi deyil, həm də kainat və onun gələcəyi haqqında anlayışımızı dəyişəcək”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR