İnsanlara hürriyət, millətlərə istiqlal!

Qorbaçovun erməni köməkçisi ÖLDÜ

SSRİ-nin sonuncu prezidenti Mixail Qorbaçovun erməni köməkçisi və məsləhətçisi Karen Karagezyan dünən Moskvada vəfat edib.

Musavat.com xəbər verir ki, bu barədə “MK.ru”məlumat yayıb.

Nəşrin əldə etdiyi məlumata görə, 89 yaşlı yazıçı gecə saat 3 radələrində Spiridonovka küçəsindəki mənzilində dünyasını dəyişib.

Qeyd edək ki, Karen Karagezyan beynəlxalq mediada çalışıb, "Za rubejom" nəşrinin redaksiya heyətinin üzvü olub. 1991-ci ildən SSRİ Prezidentinin mətbuat xidmətində fəaliyyətə başlayıb, daha sonra Beynəlxalq Əlaqələr Xidmətinin rəhbərinin müavini olub. O, dəfələrlə Mixail Qorbaçovu Almaniyaya səfərlərində müşayiət edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR