İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qonağa nə vaxt sənətdən sual vermisən?!” - VİDEO

Müğənni Arzu Mirzəyeva ilə aparıcı Zaur Nəbioğlunun efirdə mübahisəsi yaranıb. 

“Rəngarəng”də qonaq olan Arzuya Zaur bu sualı ünvanlayıb:

“İllərdir səhnədəsən, iki-üç ildir ifa edən müğənnilər gündəmdədirlər, toydadırlar, sən niyə yoxsan? Gündəmi niyə ucuz tutursunuz, yalnız ailə mövzularına və qalmaqallara bağlayırsınız?”

Arzu isə aparıcıya sərt cavab verib:

“Qalmaqallardan, ailə söhbətlərindən uzağam, bəlkə də ona görə insanlara maraqsız gəlirəm. İstəmirəm, belə söhbətlərlə gündəmə gəlim. Sənət göstərmək istəyirəm. Nəyə lazımdır ailə söhbətlərini efirdə danışmaq? Nə vaxt efirə baxırıq, qalmaqallar, ailə mövzuları... Deyirsiniz ki, müğənniləri seçirik, onları niyə çağırırsınız? Efirə gələn qonaqlara nə vaxt sənətdən sual vermisiniz? Nə vaxt baxıram, ailədən danışırlar, ya da maşını, evi neçəyə almısınız? Verilişə baxıram, burada səslənən sualları deyirəm. Mahnı seçimi indi çox çətindir. Elə mahnılar yazıldı, mənmi oxumadım? Mənim musiqi qulağım var, zövqüm eşidirəm, dinləyəndə qərar verirəm ki, mənim üçündür, ya yox. Mahnıda özümü görməliyəm. Olduğum yerdən razıyam, bacardığım qədər irəli gedirəm”.

Qeyd edək ki, A.Mirzəyeva Xalq artisti Röya Ayxanın vokalistlərindən olub. Müğənni illər öncə Onun yarısı” proqramında da çıxış etmişdi.  (Olay)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR