Onlayn ictimai-siyasi qəzet
Yaponiyanın Miyoşi şəhərində qəribə hadisə yaşanıb.
Məlumata görə, Yoşito adlı şəxs qadınlarla tanış olmaq üçün qeyri-adi üsula əl atıb.
O, əvvəlcə qadınların avtomobillərinin təkərlərini deşib, daha sonra onlara kömək etməyə çalışırmış. Bu yolla qadınlarla tanış olur və münasibət yaratmağa başlayırmış.
Bu qadınlardan biri də 43 yaşlı şəxsdir. O, marketdən çıxan zaman avtomobilinin təkərinin deşildiyini görüb. Bu zaman Yoşito ona yaxınlaşaraq kömək təklif edib. Ancaq qadın onun təklifini rədd edib və polisə müraciət edib.
43 yaşlı qadının polisə müraciətindən sonra Yoşito Hiqaşiuranı hüquq-mühafizə orqanlarının əməkdaşları saxlayıb.
O bildirib ki, bir il əvvəl də belə bir hadisə başına gəlib. Qadın kişinin üzünü xatırlamayıb. Ancaq onun şübhəli olduğuna qərar verib.
Marketin dayanacağındakı müşahidə kameralarının qeydləri yoxlanılıb və həmin şəxsin şikayətçinin avtomobilinin təkərini qəsdən zədələdiyi görülüb.
Yoşito sonradan qadınlarla görüşmək üçün bu üsulu seçdiyini etiraf edib.//Lent.az
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ