Onlayn ictimai-siyasi qəzet
Azercell-in Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi sosial kampaniya 1000-dən çox müsabiqə iştirakçısı arasında qalib seçilib
“Qızlara ağ yaraşır” layihəsi “White Square” Beynəlxalq Reklam və Marketinq Festivalında 2 nominasiya üzrə mükafatlandırılıb. Kampaniya “Gender bərabərliyi” kateqoriyası üzrə gümüş, “Brendlərin əməkdaşlığı” kateqoriyasına görə isə bürünc medalla təltif edilib.
Əsas meyarı yaradıcı həllərin effektivliyi olan “White Square” Festivalı 5 ildən artıqdır ki, bütün dünya üzrə reklam və marketinq mütəxəssislərini bir araya gətirir. Bu il festivalda Avropa, Şimali və Latın Amerikası, MENA regionu və Asiyanın 35-dən çox ölkəsindən 1115 müsabiqə iştirakçısı innovativ ideyalarını nümayiş etdirib.
Xatırladaq ki, “Qızlara ağ yaraşır” sosial layihəsinin əsas məqsədi qızları sağlam və fəal həyat tərzi sürməyə təşviq etməklə yanaşı, erkən nikahlara qarşı mübarizə aparmaq olub. Kampaniya çərçivəsində Azərbaycan Cüdo Federasiyasının məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən yeniyetmə qızlara cüdoqi və 1 ay ödənişsiz məşq hədiyyə olunub. Layihə minlərlə gənci idmanla məşğul olmağa sövq etməklə bərabər, cüdo ilə məşğul olan qızların sayında 100% artımla nəticələnib. Azercell və Cüdo Federasiyasının bu kampaniyası dəfələrlə beynəlxalq və yerli mükafatlara layiq görülüb.
“Qızlara ağ yaraşır” layihəsi haqqında ətraflı məlumat əldə etmək üçün: https://qizlaraagyarasir.az/#
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ