Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Nəzakət Teymurova qızı Nigardan danışıb.
Övladının Məkkə ziyarəti haqda suala cavab verən xanəndə bunun üçün xoşbəxt olduğunu deyib. "Pərvizə görə" verilişinə qatılan N.teymurova qızının ziyarətdən qayıdanda ağladığını etiraf edib:
"O qədər gözəl hisslər keçirmişəm. Həmişə qızıma deyirdim ki, Nigar, sənə var-dövlət yox, təhsil verəcəyəm. Bir də Allahın yoluna yönləndirəcəyəm. Təbii ki, ailə həyatı qurmaq da olmalıdır. İnsanın Allahla təmasda olmağı ayrı bir şeydir. Allah hər kəsə o bağlılığı vermir. Hər kəsi öz qapısına çağırır. Amma hər kəs o qapıya gedirmi? Şükür ki, namazında, orucunda olan, Allah sevən bir övlad yetişdirdim. Sevinirəm ki, övladım belə bir yolla gedir.
Oradan zəng edir ki, ana, heç gəlmək istəmirəm, buranı qoyub, necə gəlim? O qədər ağlayırdı ki, deyirdi, burada ayrı hiss, duyğu var. Mən 2009-cü ildə orada olmuşam, sanki saflaşırsan, durulaşırsan, hər kəs eyni olur. Elə bil Allahın ayrı varlığı insana verilir. Deyirdi, istəmirəm gəlim. Dedim, necə gəlmək istəmirsən?" (Axşam.az)
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ