İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qızıl top”a namizədlər açıqlandı, Messi lidedir

Məşhur “Goal” nəşri "Qızıl top" uğrunda mübarizədə favoritlərin yenilənmiş reytinqini dərc edib.
AzVision.az xəbər verir ki, PSJ-nin komanda yoldaşı fransalı Kilian Mbappeni əvəzləyən hücumçu Lionel Messi siyahıya başçılıq edir. Yenilənmiş ilk onluqda fransalı hücumçu Antuan Qrizmann da yer alıb.

Nəşrin reytinqində ilk 10-da sıralama aşağıdakı kimidir:

1. Lionel Messi (PSJ);

2. Kilian Mbappe (PSJ)

3. Erlinq Haaland (“Mançester Siti”)

4. Neymar (PSJ)

5. Robert Levandovski (“Barselona”)

6. Vinisius Junior (“Real Madrid”);

7. Kevin de Bruyne (“Mançester Siti”)

8. Məhəmməd Salah (“Liverpul”)

9. Xviça Kvaratsxeliya (“Napoli”)

10. Antuan Qrizmann (“Atletiko”)

Qeyd edək ki, “Qızıl top”un hazırkı sahibi “Real”ın və Fransa millisinin hücumçusu Kərim Benzema 20-ci pillədə qalıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR