Onlayn ictimai-siyasi qəzet
Bu gün Comex birjasında ticarət zamanı qızılın qiyməti bir unsiya üçün 2560 dolları ötüb.
Musavat.com Trading Economics-ə istinadən xəbər verir ki, bu, ABŞ dollarının zəifləməsi və aşağı dövlət istiqrazlarının gəlirliliyi fonunda qızılın bütün müşahidə dövründə ən baha qiymətidir.
Bu qiymət artımının daha bir səbəbi gələn həftə keçiriləcək iclasında Federal Ehtiyat Sisteminin daha aqressiv qərarlar galacağı özləntilərini artıran son iqtisadi məlumatlardır. Demək olar ki, heç kim Federal Ehtiyat Sisteminin sentyabrda baş tutacaq idarəetmə iclasında faiz dərəcələrini aşağı salacağına şübhə etmir. Eyni zamanda treyderlər baza dərəcəsinin bir anda 50 baza bəndi azaldılması ehtimalını 40 faizdən çox qiymətləndirirlər.
Hazırda Comex birjasında sentyabr ayı qızıl fyuçersləri əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə 0,4 faiz artaraq bir unsiya üçün təxminən 2,568 dollara satılır.
Goldman Sachs Research analitikləri ABŞ-da aşağı dərəcələr və inkişaf etməkdə olan bazar ölkələrinin mərkəzi banklarının qızıla tələbi səbəbindən qiymətli metalın 2025-ci ilin əvvəlində unsiya üçün 2700 dollara qədər yüksələ biləcəyini proqnozlaşdırır.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ