İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl medal alan qadın boksçu kişi çıxdı – Paris 2024-ün qəhrəmanına ŞOK qadağa! FOTO

2025-ci ilin ən böyük idman qalmaqallarından biri artıq bütün dünya informasiya məkanını silkələyir. Sosial şəbəkələrdən tutmuş beynəlxalq xəbər kanallarına qədər hər yerdə bir ad müzakirə olunur: Əlcəzairli qadın boksçu İman Xəlif (Imane Khelif).

Musavat.com xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarında çıxışı ilə gündəmə gələn və qızıl medal qazandığı elan olunan İman Xəlifin yarışlardan dərhal sonra cinsiyyət testi ilə bağlı qalmaqallı vəziyyətdə olduğu ortaya çıxıb.

Beynəlxalq Boks Federasiyası və Dünya Olimpiya Komitəsi tərəfindən verilən açıqlamaya görə, İman Xəlifin testosteron səviyyələri və bəzi digər bioloji göstəriciləri qadın idman kateqoriyası üçün uyğun sayılmayıb. Bu səbəbdən də gender identifikasiyası ilə bağlı yekun nəticə çıxana qədər onun yarışlara qatılması qadağan edilib.

Dünyanın nüfuzlu kanallarından biri olan Sky News məsələyə geniş yer ayırıb və idmançının Paris 2024 boks turnirində qələbə qazandıqdan sonra qadağa ilə üzləşdiyini təsdiqləyib.

İman Xəlifin əlində qızıl medal və bayraqla poz verdiyi fotolar artıq sosial mediada ironik şəkildə paylaşılır. Bir çox beynəlxalq istifadəçi onu “kişilər arasında yarışmalı olan qadın”, "qadın idmançıları döyən kişi" kimi təqdim edir.

Hadisə Əlcəzairdə də rezonans doğurub. Hökumət nümayəndələri və Boks Federasiyası məsələ ilə bağlı hələ ki rəsmi açıqlama verməyiblər. Lakin ölkədə bu qalmaqalın idmanla yanaşı, gender və hüquq müstəvisində də böhran doğuracağı ehtimal olunur.

Bir çox hüquqşünas və idman eksperti hesab edir ki, bu hadisə gender identifikasiyası məsələlərinin idmanda necə həll olunması ilə bağlı geniş müzakirələrə yol açacaq. Xüsusilə kişi hormon səviyyəsi ilə qadın idman yarışlarında iştirakın ədalətli olub-olmaması mübahisə mövzusudur.

İman Xərifin final statusu və medalı ilə bağlı qərar gender testlərinin yekun nəticəsinə əsasən veriləcək. Lakin artıq ictimai rəydə onun nüfuzu ciddi şəkildə zədələnib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR