İnsanlara hürriyət, millətlərə istiqlal!

Qızıl bazarında xaos: udan kim, uduzan kim...

İqtisadçı: “Vətəndaşlar dələduzluq faktları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər”

Dünya bazarında qiymət artımı yerli qızıl-zinət əşyaları bazarında da ciddi şəkildə hiss olunur. Bakıda da qiymətlər qalxmaqdadır. Satıcıların dediyinə görə, türk qızılı 20 manat, italyan zinət əşyalarının qiyməti isə 25-30 manat qalxıb. Treyderlər daha da artım gözləyirlər, lakin hətta yüksək qiymətlər də alıcıların aldanmayacağına zəmanət vermir.

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov AYNA.az-a deyib ki, beş il əvvəl Maliyyə Nazirliyi yanında Dövlət Ekspertiza İdarəsi bu bazarı qismən tənzimləyirdi: “İndi tam nəzarətsizlik var. Zərgərlik sənayesində dəyər zəncirində keyfiyyətə nəzarət yoxdur, ona görə də keyfiyyətsiz mallar asanlıqla piştaxtalara düşür”.

Qeyd edək ki, ötən il Dövlət Neft Fondu 44,8 ton qızıl əldə edib ki, bu da onun ehtiyatlarını 146,6 tona çatdırmağa imkan verib. Bu il fond alışları davam etdirməyi və qızıl ehtiyatlarını 170 tona çatdırmağı planlaşdırır.

Dünya bazarında qiymət artımı yerli qızıl-zinət əşyaları bazarında da ciddi şəkildə hiss olunur. Bakıda qiymətlər qalxmaqdadır. Satıcıların dediyinə görə, türk qızılı 20 manat, italyan zinət əşyalarının qiyməti isə 25-30 manat qalxıb. Treyderlər daha da artım gözləyirlər, lakin hətta yüksək qiymətlər də alıcıların aldanmayacağına zəmanət vermir.

Aprelin 9-u səhər saatlarında olan məlumata görə, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

“APA-Economics” birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,52% artaraq 3 035,7 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 0,64% artaraq 29,88 ABŞ dollarına bərabər olub.

Xalid Kərimli: Bu Naxçıvan üçün çox uğurlu mode...

Xalid Kərimli

İqtisadçı Xalid Kərimli “Yeni Müsavat”a açıqlamasında qızılın satışına nəzarət mexanizminin olmamasını şərh edib. İqtisadçı hesab edir ki, qiymətinin hansı həddə olmasından asılı olmayaraq, qızıla nəzarət mexanizmi olmalıdır: “Hazırda qızıl bazarında qiymət 0,8 faiz qalxıb. Qiymət artımı demək olar ki, hər gün müşahidə olunur. Əsas səbəb qeyri-müəyyənlikdir. Hərbi münaqişələr, proksi müharibələr, sanksiyalar qızılın qiymətinə birbaşa təsir edir. ABŞ Prezidenti Donald Trampın yeni tarif siyasəti də qızlın qiymətinin artmasına səbəb olub, çünki bu, qeyri-müəyyənlik yaradır. Ölkələr problemlər yaşayacağı təqdirdə valyuta bazarında çöküş yaranarsa, qızıla sərmayə etmək doğru yol kimi görünür. O ki qaldı qızılın keyfiyyətinə, hesab edirəm ki, qiymətinin hansı həddə olmasından asılı olmayaraq, nəzarət mexanizmi olmalıdır. Qiymət ucuz olanda nəzarət olmamalıdır ki?! Qiymətin artması fırıldaqçılığa münasibəti dəyişməməlidir. Dövlətin bu məsələdə mövqeyi qətidir. Vətəndaşın aldadılması dələduzluq faktıdır və vətəndaşlar bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər. Gündəlik nəzarət üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi  yaradılıb. Vətəndaşlar şübhəli məsələlərlə bağlı sözügedən agentliyə müraciət edə bilərlər. Bundan başqa, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi də bazara nəzarət məsələsində fəal ola bilər”.

X.Kərimli vurğulayıb ki, qızıl satıcıları mikrosahibkarlar hesab olunur. Ekspert xatırladıb ki, sahibkarlara nəzarət 2017-ci ildən məhdudlaşdırılıb: “Sahibkarları yalnız bir neçə orqan yoxlaya bilər: Fövqəladə Hallar Nazirliyi (FHN), Vergi Xidməti, kommunal idarələr, hüquq-mühafizə orqanları. Yüzlərlə idarə, qanunvericilik var. Ölkədə güclü sahibkarlıq hələ də formalaşmayıb. Nəzarət olmasa, fəaliyyət daha da qənaətbəxş olmayan vəziyyətə çata bilər. Bir sıra yoxlamalar  dayandırıldığı üçün dələduzluq halları ola bilər. Buna görə də vətəndaşlar diqqətli olmalı, güvəndikləri yerlərdən alış-veriş etməlidirlər”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR