Onlayn ictimai-siyasi qəzet
Ötən gün müğənni Rəqsanə İsmayılova qızı Aysunun ikinci dəfə ailə quracağı ilə bağlı məlumat verib.
R. İsmayılova qatıldığı "Günə son" proqramında məsələ ilə bağlı bunları deyib:
"Aysun etdiyi səhvi təkrarlamaz. O özü də etiraf edir ki, birincidə səhv etdi. Yüz ölçüb, bir biçmək lazımdır. İkinci dəfə o ailə dağılarsa, artıq iki tərəf də günahkardır. Elçi də gəliblər, maraqlanıblar da... İnşallah, bəli olacaq. Aysuna deyirdim sənə dörd gün toy edəcəm. Sən ikinci dəfə ailə qur, elə bir toy edəcəm ki, bunun səsi-sədası qulaqlardan getməyəcək. Bu, mənim arzumdur”.
Aysun İsmayılova isə anasının sözlərini yalan çıxaran açıqlama yayıb:
“Haqqımda çıxan əsassız xəbərlə bağlı açıqlamanı Zaur Kamalın verlişində verdim və bu haqda bir də heç bir efirdə danışılmağını istəmirəm. Yenidən ailə qurduğum zaman bunu özümdən eşidəcəksiniz”.
Qeyd edək ki, Aysun İsmayılova 2022-ci il iyunun 30-da Eşqin adlı bəylə ailə qurub. Cütlük 2023-cü ilin mayın 5-də ayrılıb./
Sfera.az
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ